Rusiyaya məxsus şirkət Sumqayıtda sayğaclar istehsal etməyi planlaşdırır. Sumqayıt24 bu haqda bu gün, 3 iyun tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
"Milur İS” MMC şəhərimizdə fəaliyyət göstərən Kimya Sənaye Parkında elektrik sayğacların istehsalında maraqlıdır. Bununla bağlı İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev sözügedən şirkətin nümayəndələri ilə görüşüb.
Qonaqlar təmsil etdikləri korporasiyanın fəaliyyətindən danışıb, sənaye zonasında sayğacların istehsalı layihəsinin həyata keçirilməsini istədiklərini dilə gətirib.