Əcnəbi qadın Sumqayıtda yaşamış qayınatasını axtarır. Sumqayıt24 bu haqda 9 mart tarixində Xeberle.com-a istinadən xəbər verir.
Rusiyada yaşayan Olesya Roqovan sosial şəbəkələrdə həyat yoldaşı Afiz Rodionovun atasını axtardığını bildirib. O qeyd edib ki, həyat yoldaşı 21 iyun 1990-cı ildə anadan olub. 1992-ci ildən internat evində yaşayıb. Anasının adı Marina Nikolaeva, atasının adı isə Afiz, ya da Hafiz Mürsəlovdur. Kişi 1969-cu il təvəllüdlüdür.
Olesya Roqovanın sözlərinə görə, qayınatası hərbi xidmətə qədər Sumqayıt şəhərində yaşayıb. Amma sonra Dağıstana da köçə bilərdi:
“Onun barədə yalnız bu məlumatlara malikik”.