Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ictimai iaşə müəssisələrində monitorinq keçirib. Sumqayıt24 bu barədə 30 noyabr tarixində agentliyə istinadən xəbər verir.
Keçirilən yoxlama zamanı 2-ci məhəllə, S. Vurğun küçəsi, ev 102/64 ünvanında yerləşən "Ruskiy Stol" kafesində sanitar norma və qaydaların pozulması, saxlanma müddəti bitmiş məhsulların satışı ilə bağlı nöqsan tapılıb. Aşkar edilmiş nöqsanla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub.