top
Rüşvətxor məmurların cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib
05 avqust 2025, 23:37
- ↺ +

Rüşvətxor məmurların cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rüşvət müqabilində gömrük sərhədindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Sumqayit24.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin vəzifəli şəxsləri və qaçaqmalçılıq cinayətini törədən digər şəxslərin qanunsuz hərəkətləri ilə bağlı həmin Komitədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İstintaqla Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin böyük əməliyyat müvəkkili Hidayət Məmmədovun həmin şöbənin Hədəfləmə və koordinasiya bölməsinə təhkim edilən “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Gömrük işinə yardım şöbəsinin sabiq əməkdaşı Bayram Məmmədovla cinayət əlaqəsinə girərək 29 dekabr 2024-cü il tarixdə ona müraciət etmiş Arzu Abdullayev və Mirxan Dadaşov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanan 427 min manatdan artıq dəyərdə elektron siqaretlərin gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradılması müqabilində 3 min manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa Hidayət Məmmədovun 28 mart 2025-ci il tarixdə ona müraciət edən Arzu Abdullayev və Haysuf Hacıyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında içərisində ümumilikdə 291 min manatdan artıq dəyərdə olan aqrokimyəvi dərman və qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradılması müqabilində sonuncunun 3 min manat məbləğində pul vəsaitinin verilməsi barədə təklifini qəbul edərək həmin malların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanan sübutlar əsasında Hidayət Məmmədova Cinayət Məcəlləsinin 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin dövriyyəsinə köməklik göstərmə), 32.5, 206.3.1, 32.5, 206.3.2, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq və təkrar qaçaqmalçılığa köməklik göstərmə), 32.5, 213-1.2.1, 32.5, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsinə köməklik göstərmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 və 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədova həmin Məcəllənin 32.5, 213-1.2.1, 32.5, 213-1.2.3, 32.5, 206.3.2, 308.2 və 311.3.1, Arzu Abdullayevə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 213-1.2.1, 213-1.2.3 və 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə rüşvət vermə), Mirxan Dadaşova həmin Məcəllənin 213-1.2.1, 213-1.2.3 və 206.3.2, Haysuf Hacıyevə isə həmin Məcəllənin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə yekun ittiham elan edilərək Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində iş üzrə istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Mirxan Dadaşov və Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
Bu gün, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
Bu gün, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
Bu gün, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
Bu gün, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
Bu gün, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
Bu gün, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Oxşar xəbərlər