Sumqayıtda geyim əşyalarının atılması üçün qoyulmuş xüsusi qutular barədə məlumat verilib. Bu haqda İctimaiTV-yə istinadən xəbər veririk.
İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevin verdiyi məlumata görə, ekologiyaya zərər verməmək üçün həmin qutulara atılan yararsız əşyalar təkrar emala göndərilir.
O əlavə edib ki, bu pilot layihə Türkiyə şirkətlərinin biri ilə həyata keçirilir və tullantılar emal üçün ora aparılır. Lakin gələcəkdə Sumqayıtda da belə müəssisənin tikilməsi planlaşdırılır.