Sumqayıt şəhərində yaşıllaşdırma prosesi davam edir. Bu haqda bu gün, 29 mart tarixində DünyaTV xəbər verib.
Məlumata əsasən, işlər Nəsimi adına Mədəniyyət və İstirahət parkında aparılıb. Park ərazisində 2 mindən çox tagedes gülü əkilib. Bundan əlavə, burada çox sayda ağac əkilib, mövcud olan ağaclara isə xüsusi qulluq edilib.
Daha öncə, yaşıllaşdırma işləri Sülh küçəsində aparılmışdır.