Sumqayıt şəhəri 18-ci mikrorayonda daha bir idman meydançası baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 15 mart tarixində oxucular Sumqayıt24-ə məlumat verib.
Sakinlərin sözlərinə görə, meydançanın yararsız olmasına baxmayaraq, buraya çox sayda uşaq gəlir. Ərazidə olan yelləncəklərin ancaq dəmir konstruksiyası qalıb. Baksetbol oyunu üçün nəzərdə tutulan lövhələrin isə səbəti yoxdur.
“Meydança illərdir təmir olunmur. O vaxt necə quraşdırılıbsa, elə də qalıb. Həyətimizdəki vəziyyət göz qabağındadır,” - deyə mikrorayon sakini bildirib. [modula id="11524"]