Sumqayıtda təmizliyin keşiyində duran xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. Bu haqda Gənclər evi yaydığı məlumata əsasən xəbər veririk.
Gənclər, Bulvar, “Heydər parkı”, Şəhidlər xiyabanı və şəhərimizin digər ərazilərinin təmiz qalmasında əvəzsiz əmək sərf edən Mənzil Kommunal Təsərrüfat Birliyinin xanım əməkdaşlarını təbrik edib. Həmçinin, onların hər birinə hədiyyələr verilib. [modula id="11046"]