Novruz Bayramı ilə əlaqədar şəhərimizdə yerləşən iki mərkəzdə ödənişsiz müayinə keçiriləcək. Bu haqda bu gün, 12 mart tarixində Sumqayıt24 xəbər verir.
“Qüsursuz Nitq mərkəzi”ndə istənilən mütəxəssisin konsultasiyasına pulsuz yazılmaq mümkündür. Aksiya 14-18 mart tarixlərində baş tutacaq. Mərkəz 2-ci mikrorayon, bina 40/45-də (Nizami kinoteatrının yanı) yerləşir. Ətraflı məlumat üçün (050) 288-32-32 nömrəsinə müraciət etmək mümkündür.
Digər aksiya Sumqayıt Hospitalda keçirilir. Martın 17-dək stomatoloq - implantoloq dr. Yaşar Verdiyev ödənişsiz müayinə edəcəkdir. Daha ətraflı məlumat üçün (050) 628-10-13 nömrəsi ilə əlaqə saxlamaq olar. Hospital 12-ci mikrorayon, Çerkassı küçəsi 181-də yerləşir.