Sumqayıt şəhərində yerləşən parklarda tullantı qabları yoxdur. Bu haqda bu gün, 25 mart tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, Azərbaycan prospektində (Nəsimi abidəsi) yerləşən parklarda yalnız 2 ədəd zibil qutusu var, Nəriman Nərimanov küçəsində (“Aleyka” park) isə qablar ümumiyyətlə yoxdur.
“Bu iki ərazidə zibil qablarının olmaması uşaqlı ailələri narahat edir. Körpə ilə parka çıxırsan, məcbur olub xırda zibili evinə aparırsan”, - deyə oxucu bildirib. [modula id="12084"]