Sumqayıtda şəhid Kərim Əhmədəliyevin xatirə lövhəsinin açılışı olub. Sumqayıt24 bu haqda Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir.
Lövhə 1-ci mikrorayonda, şəhidimizin yaşadığı binada quraşdırılıb. Açılış mərasimində Kərim Əhmədəliyevin ailə üzvləri, yaxınları iştirak ediblər. Burada qəhrəman şəhidimizin Vətən müharibəsi zamanı keçdiyi döyüş yolundan, göstərdiyi casarət və şücaətdən danışılıb. Tədbir şagirdlərin oxuduğu vətənpərvər şeirlərlə davam etdirilib. Həmçinin qeyd olunub ki, Kərimin adı, məzunu olduğu 5 nömrəli məktəbin 3a sinfi və 14 nömrəli məktəbin 7ç sinfinə verilib.
Şəhid Kərim Əhmədəliyev 12 iyun 1998-ci ildə Sumqayıtda dünyaya göz açıb. Azərbaycan Texnologiya Universitetini bitirib. Müharibə zamanı Suqovuşanın azadlığı uğrunda gedən qızğın döyüşlərdə vuruşub və 4 oktyabr 2020-ci il tarixində oradaca qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. [modula id="12678"]