Sumqayıt şəhərində şəhid Xəqani İbrahimovun xatirə lövhəsinin açılış mərasimi keçirilib. Sumqayıt24 bu haqda bu gün, 9 mart tarixində DünyaTV-yə istinadən xəbər verir.
Məlumata əsasən, lövhə şəhidin yaşadığı 2-ci məhəllə, bina 1/6-nın fasadında quraşdırılıb. Tədbirdə İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xəqani İbrahimov 26 mart 1972-ci ildə Amasiya rayonunun Çaybasar kəndində anadan olub. Orta təhsilini Volqoqrad şəhərində alıb. Daha sonra Bakı Ali Komandirlər məktəbini bitirib. 1993-cü ildə Qarabağ müharibəsinə qatılaraq, 6 mart 1994-cü ildə Murovdağın Güzgü yüksəkliyində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. [modula id="11078"]