Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin daha bir şagirdi uğura imza atıb. Sumqayıt24 bu haqda bu gün, 6 aprel tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Məktəbin fortepiano şöbəsinin 4-cü sinif şagirdi Ömər Xəlilzadə Beynəlxalq vokal-instrumental müsabiqəsində 2-ci dərəcəli Laureat adını qazanıb və diplomla mükafatlandırılıb. Müsabiqə Qazaxıstanın Nur-sultan şəhərində onlayn formatda baş tutub.
Şagirdi müsabiqəyə müəllimi Nurlana Həsənova hazırlayıb.