Sumqayıtda “Daewoo” və “KIA” markalı minik avtomobilləri toqquşub. Sumqayıt24 bu haqda Sumqayit.tv-yə istinadən xəbər verir.
Hadisə Səməd Vurğun küçəsində baş verib. Nəticədə “Daewoo”-nun ön, “KIA”-nın isə arxa hissəsi zədələnib. Xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur.
Araşdırma aparılır.