Dekabrın 5-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Sumqayıtda bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq.