Sumqayıtda martın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sumqayit24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq.