Novxanıda yerləşən çimərlikdə gözlənilən hava şəraiti açıqlanıb. Sumqayıt24 bu haqda 15 iyun tarixində Milli Hidrometeorologiya Xidmətinin saytına istinadən xəbər verir.
Məlum olduğu kimi, bu gündən ölkə ərazisində çimərlik sezonu açıq elan edilib. Bununla bağlı Hidrometeorologiya Xidməti tərəfindən yayılan xəbərə görə, 16 iyun tarixində Novxanı çimərliyində 22-23° isti olacaq. Əsən mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.