Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam qısamüddətli yağış ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Temperatur gecə +9 dərəcədən +11-dək, gündüz +15 dərəcədən +20-dək olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm-ə enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% təşkil edəcək.