Sumqayıtın sabaha olan hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, martın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Temperatur gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm-ə yüksələcək. Nisbi rütubət 75-85% təşkil edəcək.