Sumqayıtlı şagird beynəlxalq yarışmada 1-ci yerə layiq görülüb. Bu haqda bu gün, 31 mart tarixində Regional Mədəniyyət İdarəsi xəbər yayıb.
Məlumata əsasən, Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin fortepiano şöbəsinin 2-ci sinif şagirdi Məryəm İsayeva “İlin ən yaxşı ansamblı” nominasiyası üzrə 1-ci yeri qazanıb. Onlayn formatda baş tutan M. Altunaşvili və M. Panıaşvili adına musiqiçilərin 7-ci Beynəlxalq müsabiqəsi Gürcüstanda keçirilib.
Məryəm İsayevanı müsabiqəyə müəllimi Elnarə Əhmədova hazırlayıb.