Sumqayıtlı gənc "Musiqi səsləri" adlı beynəlxalq müsabiqədə uğurla çıxış edib. Bu haqda bu gün, 8 iyun tarixində Sumqayıt24 xəbər verir.
Nur-Sultan şəhərində keçirilən onlayn müsabiqədə Mirəli Ağazadə 1-ci dərəcəli diploma layiq görülüb. Gənc musiqiçi Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin skripka sinfində təhsil alır.
Mirəlinin uğurlu çıxışına görə müəllimi Violetta Həsənəlizadə və konsertmeyster Vüsalə Xanməmmədova təşəkkürnamə ilə təltif olunublar.