Ceyranbatan qəsəbə məktəbinin şagirdi “Düşünən oxucu” müsabiqəsində qalib olub. Sumqayıt24 bu haqda bu gün, 6 aprel tarixində DünyaTV-yə istinadən xəbər verir.
Məlumata əsasən, 1 nömrəli məktəbin 6-cı sinif şagirdi Xanım Mahmudova diplom ilə təltif olunub. Şagirdin uğura gedən yolu məktəb mərhələsindən başlamışdır. Xanım həm bu mərhələni, həm rayon mərhələsini qalibiyyətlə başa vurmuşdur. Respublika mərhələsində 20 mindən çox şagird biliyini sınamışdır. Lakin Xanım digər 29 şagirdlə birlikdə qalib olmağı bacarıb.