Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbinin daha bir şagirdi beynəlxalq müsabiqədə uğurla iştirak edib. Bu haqda bu gün, 13 iyul tarixində Sumqayıt Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Səid Məmmədli "Europe-Asia Festivale" Beynəlxalq müxtəlif janrlı onlayn müsabiqənin I dərəcəli Laureat adına layiq görülüb.
Məmmədli xalq çalğı alətləri şöbəsinin saz ixtisasında təhsil alır.
Msabiqə Azərbaycan, Latviya, Estoniya, Litva və Qazaxıstanın dəstəyi ilə həyata keçirilib.