Sumqayıt şəhər Ə.Bakıxanov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi uğur əldə edib. Bu haqda 27 fevral tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Qara Qarayevin 105 illiyinə həsr olunan müsabiqədə uğurla çıxış edən Byakova Polianna 2-ci dərəcəli diplomla təltif edilib. Şagirdi müsabiqəyə müəlliməsi Elvira Allahverdiyeva hazırlayıb.