Sumqayıtda Heydər Əliyev Mərkəzində “Gənclik yeni zəfərlərə doğru” adlı bilik yarışı keçirilib. Yarış “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin yubileyi münasibətilə, Gənclər və İdman Baş İdarəsinin və Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Breyn-rinq formatında keçirilmiş yarışda şagirdlərdən ibarət komandalar iştirak edib. Nəticədə 1-ci yerə 12 nömrəli məktəbin “Tusi”, 2-ci yerə 13 nömrəli məktəbin “Zəka”, 3-cü yerə isə 22 nömrəli məktəbin “Zəfər” komandası layiq görülüblər.
Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif edilib.