Sumqayıtlı məktəblilər qazilərə dəstək aksiyasında iştirak ediblər. Bu haqda bu gün, 28 mart tarixində 5 nömrəli tam orta məktəbin Facebook hesabında xəbər yayılıb.
Məlumata əsasən, məktəbin 4a sinfinin şagirdləri Türkiyədə müalicə-reabilitasiya kursu keçən qazilərə məktublar yazıblar. Qazilər şagirdlərə, onların təhsil aldıqları məktəbin kollektivinə təşəkkürlərini bildiriblər. Layihəni həyata keçirən 4a sinfinin rəhbəri Sevinc Hacıyevadır.