31 nömrəli məktəbin şagirdləri "Yurdumuza bahar gəlir” adlı sərgidə iştirak ediblər. Sumqayıt24 bu haqda bu gün, 5 mart tarixində məktəbin sosial şəbəkə hesabına istinadən xəbər verir.
Məlumata əsasən, 2d sinfinin şagird və valideynləri sərgidə fəal iştirak ediblər. Onların hazırladığı kompozisiyalar ilə həm məktəbin, həm də Kimyaçılar sarayının foyesi bəzədilib.
Məktəbin direktoru İ. Əliyeva tədbir iştirakçılarına təşəkkürnamə təqdim edib.