Sumqayıtda “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı keçirilib. Bu haqda 13 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Heydər Əliyev Mərkəzində təşkil olunub. Burada mərkəzin əməkdaşları, 26 nömrəli məktəbin müəllim və şagird heyəti iştirak ediblər. Bilik yarışı ilə başlayan tədbir bədii hissə ilə davam edib.
Şagirdlər ulu öndər Heydər Əliyev haqqında yazılan dərin və məzmunlu şeirlər səsləndiriblər. Münsiflər isə onların arasından qalibləri seçiblər.