Sumqayıt Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Bu haqda 10 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Heydər Əliyevin anım gününə həsr edilib. Zəngilan rayon 23 nömrəli məktəb, G. Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya və İdrak liseyinin şagirdləri ulu öndərin həyatını əks etdirən fotoşəkillərlə tanış olublar. Daha sonra onlar eyni mövzuda film izləyiblər.