Sumqayıtda şagirdlər üçün ekskursiya təşkil olunub. Sumqayıt24 bu haqda 3 mart tarixində xəbər verir.
2 saylı məktəbin şagirdləri Sumqayıt Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlara Mərkəzin muzey bölməsində ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən eksponat və fotostendlər barədə məlumat verilib.