Sumqayıtda məktəblilər üçün növbəti ekskursiya təşkil edilib. Sumqayıt24 bu barədə Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər verir.
Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 9 və 10 nömrəli məktəblərin 9-11-ci sinif şagirdəri Sumqayıt Peşə Təhsil Mərkəzində ekskursiyada olublar. Onlar üçün burada müxtəlif mövzularda təqdimatlar nümayiş etdirilib.