Peşə Təhsil Mərkəzinə növbəti infotur təşkil edilib. Bu haqda bu gün, 4 iyun tarixində mərkəzin Facebook hesabına istinadən xəbər veririk.
Məlumata əsasən, ekskursiyada 18 saylı məktəbin 11-ci sinif şagirdləri iştirak ediblər. Gənclər mərkəzin maddi-texniki bazası, kitabxanası və idman zalı ilə yaxından tanış olub, master-klaslara qatılıblar.
Bundan öncə, 25 nömrəli orta məktəbin şagirdləri üçün sözügedən mərkəzə ekskursiya təşkil olunmuşdur.