Az.QAC-nin Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsi (FMKD) yayım sessiyası keçirib. Bu haqda Sumqayıt24 xəbər verir.
Görüş 10 nömrəli məktəbdə baş tutub. Şagirdlərə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı”nın tarixi, əsas prinsipləri və emblemləri barədə məlumat verilib. Həmçinin interaktiv məşğələlər təşkil olunub və uşaqların sualları cavablandırılıb.