Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə iştirak ediblər. Bu haqda 15 mart tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Tədris ocağının fortepiano şöbəsinin 7-ci sinif şagirdi Aysel Əlipaşayeva, 6-cı sinif şagirdi Fidan Sultanova, 7-ci sinif şagirdi Fidan Balamiyeva, 6-cı sinif şagirdi Sevinc Atakişiyeva onlayn formatda İspaniya Respublikasında keçirilən “World Art Games” beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüblər. Məktəblilər diplomla təltif olunublar.
Şagirdləri müsabiqəyə müəllimləri Esmira Cabbarova və Natəvan Sadıqova hazırlayıblar.