Sumqayıtlı şagirdlər bilik yarışmasında uğurla çıxış ediblər. Bu haqda bu gün, 23 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, “Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışma “28 May - Müstəqillik Günü”nə həsr edilib. 4 nömrəli məktəbin şagirdləri Naridə Şükürlü, Fidan Şahbazlı, Əsma Salmanova və Əmir Hüseynli 2-ci yerə layiq görülərək Fəxri fərmanla mükafatlandırılıblar.