“Yay məktəbi”nin yekununa həsr olunmuş “Yay Fest” adlı tədbir keçirilib. Bu haqda bu gün, 1 iyul tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Təhsil İdarəsinə (RTİ) istinadən xəbər verir.
Tədbir iştirakçılarına şagirdlər tərəfindən hazırlanmış müxtəlif mövzulara aid stendlər təqdim edilib. Festival zamanı rəqs, muğam nömrələri, rəsm, əl və toxuculuq işlərinin sərgisi keçirilib.
“Yay Fest”- də Abşeron-Xızı Regional Təhsil İdarəsinin (RTİ) rəhbərliyi, Xızı RİH-in başçısı Xəzər Aslanov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt şəhər, Abşeron və Xızı rayonlarından 600-dən çox şagird, təhsil işçiləri və valideynlər iştirak ediblər.