Sumqayıtda şagirdlərlə növbəti görüş baş tutub. Sumqayıt24 bu haqda 21 fevral tarixində DünyaTV-yə istinadən xəbər verir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirin məqsədi gənclərin Daxili İşlər Nazirliyi (DİN) sistemində təhsilə və xidmətə təşviq edilməsidir. Görüşdə icra başçısı Zakir Fərəcov, Şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva iştirak ediblər.