Sumqayıtda "Şou debat" keçirilib. Sumqayıt24 bu haqda 3 oktyabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Tədbir Sağlam Düşüncə Gənclər Təşkilatı tərəfindən təşkil olunub. İştirakçı şagirdlərlə “Ekoloji problemlərlə mübarizədə bərpa olunan enerji mənbələrinə keçid ən effektiv üsuldur“ mövzusu ətrafında müzakirələr aparılıb.
Məqsəd şagirdlərə debatın praktiki biliklərini öyrətmək və ekoloji problemlərə qarşı həssaslıqlarını artırmaqdır.