Ceyranbatan qəsəbəsində şagirdlər Baba Vəziroğlu ilə görüşüblər. Bu haqda bu gün, 19 aprel tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Məlumata əsasən, 1 nömrəli məktəbdə baş tutan tədbirdə şagirdlər şairin şeirlərini söyləyiblər. Sonra məktəbin direktoru Çinarə Atayeva çıxış edərək bildirib ki, Baba Vəziroğlu özünəməxsus yaradıcılıq üslubuna, dəsti xəttinə malik bir qələm sahibidir. Onun poeziyasında Vətənə, xalqa, torpağa bağlılıq, sevgi, məhəbbət, saf və təmiz hisslər üstünlük təşkil edir.
Baba Vəziroğlu görüş iştirakçılarının ünvanlandığı çoxsaylı sulları cavablandırıb. Sonda şair tədbirin bütün təşkilatçılarına təşəkkürünü bildirib və bir neçə şeirini səsləndirib.