Sumqayıtlı şagirdlər üçün “AzInTelecom” MMC-də infotur təşkil olunub. Bu haqda bu gün, 14 aprel tarixində cəmiyyətin saytına istinadən xəbər veririk.
Məlumata əsasən, görüşdə Sumqayıt məktəbləri ilə yanaşı Bakı məktəblərinin şagirdləri də iştirak ediblər. İnfotur zamanı gənclər “AzInTelecom”-un inzibati binası, buradakı laboratoriyalar, eləcə də iş prosesi ilə yaxından tanış olublar.
“AzInTelecom”-un İdarə Heyətinin sədri Elxan Əzizov məktəblilərə qurum haqda məlumat verib. O, məktəblilərin İT, telekommunikasiya, bulud texnologiyası kimi vacib sahələrə özlərini inkişaf etdirməyə və “AzInTelecom” komandasına qoşularaq ölkəmizin rəqəmsal gələcəyinin formalaşdırılmasında birgə iştiraka çağırıb.
Sonda məktəblilərin sualları cavablandırılıb.