Sumqayıt şəhər “İdrak” liseyində 5 və 8-ci sinflərdə təhsil alan şagirdlər üçün “Robototexnika” üzrə master klass keçirilib.
AREA və liseyin birgə təşkilatçılığı ilə keçirilmiş master klassda, iştirakçılar “Dünya Robot Olimpiadası” haqqında məlumatlandırılıb. Daha sonra, onlar komanda şəklində “Educator” robot modelinin detallarını quraşdırıb. Bundan əlavə, şagirdlər 3D qələmlərlə əl işləri hazırlayıblar.