Sülh küçəsində yerləşən parkda abadlıq işləri tam sürətlə aparılır. Bu haqda bu gün, 18 iyul tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Ümumi sahəsi 10 min kv.m olan parkda hazırda söküntü işləri görülür. Burada çox sayda oturacaqlar, işıq dirəkləri və fəvvarə quraşdırılacaq, eləcə də ərazidə yaşıllıq sahələri artırılacaq.
İşlərin tez zamanda yekunlaşması üçün əraziyə xeyli sayda işçi cəlb edilib.