Sumqayıtda iməcilik işləri davam etdirilir. Bu haqda bu gün, 25 aprel tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Məlumata əsasən, işlər şəhərin Yahya Məmmədov küçəsində aparılıb. Burada Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin tabeliyində olan Təmizlik Departamentinin və Mənzil İstismar Sahələrinin əməkdaşları iştirak ediblər.
İməcilik zamanı ərazi yabanı otlardan və tullantılardan təmizlənib. Ərazidə çox sayda güllər əkilib.