Fövqəladə Mobil Könüllü Dəstələrin üzvləri tərəfindən maarifləndirici təlim keçirilib. Sumqayıt24 bu barədə 11 noyabr tarixində Qızıl Aypara Cəmiyyətinə istinadən xəbər verir.
“Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı” dair sessiya Sumqayıt şəhər 24 saylı orta məktəbdə baş tutub. Təlim zamanı könüllülər şagirdlərə Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və onun fəaliyyəti baradə ətraflı məlumat veriblər.
Seminarda, həmçinin şagirdlər üçün interaktiv məşğələlər keçirilib və sual-cavab ilə başa çatıb.