Sumqayıt şəhər 34 saylı məktəbdə “İlk Yardım Postu” qurulub. Bu barədə 5 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Fövqəladə mobil könüllü dəstəsinin üzvləri tərəfindən təşkil olunan tədbir zamanı iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzuları ətrafında geniş məlumat verilib və praktiki məşğələlər nümayiş etdirilib.