Zakir Fərəcov 14-cü məhəllədə vətəndaşları qəbul edib. Sumqayıt24 bu haqda 24 fevral tarixində xəbər verir.
Görüşə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri qatılıblar. İcra başçısı sakinləri fərdi qaydada dinləyib, qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Bəzi müraciətlərin araşdırılması və həlli üçün qurumların rəhbərlərinə tapşırıqlar verilib.