Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 9 fevral tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 42-ci məhəlləsində baş tutan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
İcra başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.