Sumqayıt şəhərində dezinfeksiya işləri həyata keçirilir. Bu haqda 22 dekabr tarixində Sumqayıt24 Dünya TV-yə istinadən məlumat verir.
İşlər çoxmərtəbəli binalarda, iaşə obyektlərində, eləcə də park və xiyabanlarda aparılır. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiyaedici məhlullarla əraziləri yuyublar.
Həmçinin bina zirzəmilərində ziyanverici həşəratlar və gəmiricilərə qarşı dezinseksiya və deratizasiya tədbirləri görülüb.