Sumqayıtda “Fəal İştirak və Gənclər” adlı təlim sessiyası təşkil olunub. Sumqayıt24 bu barədə Respublika Olimpiya Mərkəzinə istinadən xəbər verir.
Maarifləndirici görüşlərə “Sağlam Düşüncə” Gənclər Təşkilatı ev sahibliyi edir. Əsas məqsəd Azərbaycan, Gürcüstan və Almaniyadan olan 21 gənci bir araya gətirərək onları sosial hüquqlar haqqında məlumatlandırmaqdır.
İştirakçılara sosial hüquqlar, vətəndaş öhdəlikləri və fəal vətəndaş olmağın yollarınndan bəhs ediləcək.