Sumqayıtda yeni peşə təhsili müəssisəsi təsis ediləcək. Bu haqda 1 avqust tarixində Sumqayıt24 xəbər verir.
Bunu, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Ceyhun Kərəmov deyib. Onun sözlərinə görə, sənaye və İT yönündə peşə təhsili müəssisəsinin yaradılması istiqamətində iş aparılır.
Qeyd olunub ki, hazırda peşə təhsili alan tələbələrin 45 %-i Bakıda yerləşən peşə təhsili müəssisələrinin payına düşür.